Şamaxıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub...

06 2020 16:50

“Bədən Tərbiyəsi və İdman günü”ndə Şamaxı rayon Gənclər və İdman idarəsi rayonun idman ictimaiyyəti ilə görüş keçirib. Çıxış edənlər Şamaxıda bədən tərbiyəsi və idman sahəsində görülən işlərdən bəhs edib, idmançıların uğurları haqqında geniş məlumat verilib. Rayonda idmanın daha da inkişaf etdirilməsi sahəsində potensial imkanlardan bəhs edilib. Sonda böyük uğur qazanan idmançılar, məşqçi müəllimlər və media işçiləri fəxri fərmanla təltif edilib.