Qadın arıçılar bir araya gəldi...

05 2020 17:43

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə AFAQ - Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsi çərçivəsində Şəkidə arıçı fermer qadınlarla görüş keçirilib. İştirakçılara mövcud imkanlar və layihələr barədə ətraflı məlumat verilib. Görüşün keçirilməsində əsas məqsəd arıçı qadınların “AFAQ” layihəsindən yararlanması imkanlarını müəyyənləşdirmək, onların qarşılaşdıqları çətinliklərin araşdırılması və aradan qaldırılması yollarını müzakirə etməkdən ibarət olub. İştirakçılar həmçinin arıçılıq məhsullarının istehsalında keyfiyyət göstəriciləri, məhsulların qablaşdırılması, satışı, marketinqi və ixracı mövzularında bu sahənin mütəxəssisləri tərəfindən məlumatlarlandırılıblar. “AFAQ” layihəsi və layihənin onlara verəcəyi imkanlar, üstünlüklər izah edilib. Tədbirin sonunda arıçı fermer qadınlara sertifikat və hədiyyələr paylanıb.