Şəki məktəblərində dezinfeksiya işləri aparılır...

04 2020 17:18

Şəkinin ümumi təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Bu günə kimi Şəki şəhər Təhsil şöbəsinin tabeliyindəki 96 məktəbdən 30-da koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən həyata keçirilən dezinfeksiya tədbirləri martın 9-na kimi davam etdiriləcək. Bu müddət ərzində rayondakı bütün təhsil müəssisələri tam dezinfeksiya olunacaq.