Zaqatalada 10 min manatlıq qızıl oğurlayan şəxslər saxlanılıb...

03 2020 13:18

Zaqatalada evdən 10 min manat dəyərində qızıl-zinyət oğurlayan şəxslər saxlanılıb. Rayonun Aşağı Tala kənd sakini Dibir Ramazanova məxsus evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib. Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə və peşəkarlıqla həyata keçirdiyi istintaq - əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər, zərərçəkmişin həmkəndliləri-əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş 24 yaşlı Elxan Canımov və 20 yaşlı Seymur Mahmudov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olub həmin evdən oğurluq etməyi planlaşdırıblar. Oğurlanan qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb. Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.