Şəki ASAN Həyat Kompleksində fövqəladə vəziyyət...

02 2020 17:02
Şəki ASAN Həyat komplesində fövqəladə vəziyyət elan olunub, binadakılar dərhal təxliyyə edilib. Ancaq şərti olaraq.... Məqsəd isə kompleksin əməkdaşlarını fövqəladə vəziyyətə hazırlamaq olub.
Ümumdünya Milli müdafiə günü ilə əlaqədar Şəki ASAN Həyat Kompleksində təlim məşqləri keçirilib. İlk olaraq binanın 2-ci mərtəbəsində şərti yanğın siqnalı verilib. Binadakı şəxslər dərhal təxliyyə edilib. Bir sıra əməkdaşlara əlehqaz paylanaraq binadakılara yardım etmələrinə şərait yaradılıb. Şərti təlim zamanı yaralananlara yerindəcə təcili tibbi yardım göstərilib. Əraziyə cəlb edilmiş Şəki Yanğından Mühafizə hissəsinin 2 briqadası binada çıxmış şərti yanğının qarşısını alıb. Onlar su şırnaqları ilə şərti yanğını söndürüb, tüstü içində qalan vətəndaşları təxliyyə ediblər. Təxliyyə olunanlar təhlükəsiz əraziyə yığılıblar. Burada bütün əməkdaşların binanı tərk etdiyini öyrənmək üçün yoxlama keçirilib. Təlimlərin ASAN xidmətin əməkdaşları üçün müsbət keçdiyi və hər kəsin şərti belə olsa fövqəladə vəziyyətə hazır olduğu müəyyənləşib.