İsmayıllıda avtomobil ağaca çırpılıb, bir nəfər ölüb...

02 2020 12:42

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Quşencə kəndində qeydə alınıb. Kənd sakini, 43 yaşlı Əliyev Eysan Nemət oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca və qaz borusuna çırpılıb. Hadisə zamanı sürücü Eysan Əliyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, 38 yaşlı Xələfov Səbuhi Zabit oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.