İsmayıllıda evdə partlayış baş verib, bir ailənin 3 üzvü yanıq xəsarəti alıb...

02 2020 11:23

İsmayıllı rayonunda evdə partlayış baş verib. Hadisə rayonun Quşencə kəndində qeydə alınıb. Kənd sakini 71 yaşlı Osmanlı Əli Əhliman oğluna məxsus mənzildə qaz sızması səbəbindən güclü partlayış baş verib. Hadisə zamanı ev yararsız hala düşüb. Ev sahibi Əli Osmanlı, həyat yoldaşı 63 yaşlı Osmanlı Rəhimə Sahib qızı və 25 yaşlı Osmanlı Tahir Əli oğlu ağır yanıq xəsarətləri alıb. Hər üçü İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ər və arvadın vəziyyəti ağır olduğundan müalicə üçün təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.