AQTA Şəkidə monitorinq keçirdi...

28 2020 16:16

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Bu məqsədlə növbəti monitorinq Şəkidə keçirilib. Pomidorların yetişdirildiyi istixanada monitorinqin keçirilməsində əsas məqsəd zərərli orqanizmlərin orealını təyin etmək və daha geniş əraziyə yayılmasının qarşısını almaqdır. Eyni zamanda zərərli kimyəvi maddələrlə aparılan iş prosesinə də nəzarət yetirilib. Belə ki, zərərli orqanizmlərin qarşısını almaq üçün təsərrüfatçılar mütəmadi olaraq pestisidlər adlanan kimyəvi maddələrlə işləyirlər. Bu maddələrlə iş zamanı xüsusi geyimdən istifadə edilməlidir. Həmçinin quru və ya sulu qidadan iş prosesi müddətində istifadə etmək qəti qadağandır. Qurum tərəfindən də fermerlər arasında bu istiqamətdə xəbərdarlıqlar edilir və marifləndirmə işləri aparılır. Həmçinin kimyəvi maddələrin istifadə edildiyi meyvə və tərəvəzlərdən nümunələr götürülür. Təhlükəsiz qidalanın əhaliyə çatdırılmasını hədəf seçən qurum fərdi təsərrüfatlarda monitorinqləri davam etdirəcək.