Oğuz sakini qonşusunu yonca üstündə güllələyərək öldürdü...

28 2020 14:08

Oğuzda qonşular arasında mübahisə ölümlə nəticələnib. Hadisə Kərimli kəndində qeydə alınıb. 54 yaşlı Kərimli kənd sakini Elşən Abdullayevi qonşusu Zərqəm Məsimov ov tüfəngi ilə güllələyib. Hadisənin təfərrüatları da məlum olub. Belə ki, öldürülən Elşən Abdullayev kənddə tingçiliklə məşğul olurmuş və kənd ərazisində avtomobili ilə birlikdə ting satırmış. Qətl hadisəsini törədən Zərqəm Məsumov isə bu gün səhər saatlarında həmin əraziyə bir kisə yonca bitkisinin toxumunu gətirərək satmaq istəyib. Məsumov gətirdiyi yonca kisəsini Abdullayevin avtomobilinə söykəyib, bu isə qarşı tərəfin xoşuna gəlməyib. Mübahisə zamanı Elşən Abdullayev Zərgəm Məsumovu söyüb. Məsumov evə gedib, saxladığı of tüfəngini götürərək geri qayıdıb və Abdullayevi güllələyib. Elşən Abdullayev hadisə yerindəcə dünyasını dəyişib. Qonşusunu öldürməkdə şübhəli bilinən Zərqəm Məsimov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətdə istifadə etdiyi “Tula” markalı ov tüfəngi götürülüb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.