Şəkidə “ASAN Peşə” kurslarını uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunub...

25 2020 18:57

“ASAN Peşə” layihəsi çərçivəsində biliklərin və əhalinin məşğulluq səviyyəsinin artırılması, eyni zamanda, regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq müxtəlif peşələrə yiyələnmək istəyən şəxslər üçün kurslar və təlimlər davam etdirilir. Təlimlər tələbata uyğun olaraq 4 fərqli sahə - rəssamlıq, İKT, şahmat və bağçılıq üzrə aparılır. İştirak üçün yaş məhdudiyyəti yoxdur və təlimlər ödənişsiz təşkil edilir. "ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Təlimlər şahmat, rəssamlıq, boyama, regiona xas bağçılıq, ipəkçilik, tütünçülük sahələrinin öyrədilməsi və İKT sahəsi üzrə təşkil olunub. Layihə çərçivəsində Şəki “ASAN Həyat” kompleksində də ABAD təlimçiləri vasitəsilə 2019-cu ilin oktyabr və 2020-ci ilin yanvar ayları ərzində müxtəlif yaş kateqoriyasından olan 49 nəfərə nəzəri, həm də təcrübi təlimlər keçirilib. Kursları uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunub. Bu ildən təlimlərin miqyası daha da genişlənəcək.