İnsanı iştaha gətirən "Ər xəngəli"

25 2020 15:22
Azərbaycanda multikulturalizmin mərkəzlərindən sayılan Zaqatalada yaşayan hər bir xalqın özünəməxsus mətbəxi, adət-ənənəsi rayonun fərqli və zəngin mədəniyyətinin formalaşmasına töhvə verib. İndi təqdim edəcəyimiz sujetdə də Zaqatalalıların çox sevdiyi bir xəngəlin hazırlanmasından bəhs olunacaq.
Kəsmik, un, duz, su, yağ və keşniş... Zaqatalaya, əsasən də avarlara məxsus basma və yaxut ər xəngəli adlandırılan xəmir yeməyini bişirmək üçün bu məhsullar kifayətdir. Hazırlanmasına gəlincə, adı bir qədər insana qəliz gəlsə də, əslində çox asandır. Əvvəlcə un su və duz qatılıb adi xəmir yoğrulur. Xəmir yarım saat dincəldildikdən sonra kündələr hazırlanır, kündələr açılaraq, içərisinə əvvəlcədən kəsmik,duz və kişnişdən hazırlanan içlik qoyulur, ağzı bükülür və xəmir adi qaydada yayılır. Daha sonra isə yayılmış hazır xəmirlər tək-tək qazanda, suda qaynadılır. Bu yeməyin əsas özəlliyi yuxa şəklində bişirilməsində və süfrəyə tək-tək verilməsindədir.