Şəkinin Köbər Zəyzid ərazisində ağır qəza: Ölü və yaralılar var

25 2020 12:41

Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Şəkinin Köbər Zəyzid kəndi ərazisində qeydə alınıb. 37 yaşlı Şəki sakini Ramin Qocayevin idarə etdiyi Vaz 21011 markalı avtomobil 54 yaşlı Eldar Valibəyovun idarə etdiyi Vaz 2106 markalı avtomobillə toqquşub. Qəza nəticəsində Vaz 21011-də olan sərnişin Şahid Rüstəmov hadisə yerindəcə dünyasını dəyişib. Avtomobilin sürücüsü Ramin Qocayev və Şahid Rüstəmovun yoldaşı 33 yaşlı Solmaz Rüstəmova, uşaqları 5 yaşlı Aliyə Rüstəmova və 2 yaşlı Elgün Rüstəmov və digər avtomobilin sürücüsü Eldar Vəlibəyov dərhal Şəki RMX-ya çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib. Aparılan müayinələr nəticəsində Solmaz Rüstəmovanın sol baldırının sınığı, Aliyə Rüstəmovanın qapalı kəllə beyin travması, Elgün Rüstəmovun sol bud sümüyünün sınığı, açıq kəllə beyin travması, beyin əziyi, Eldar Vəlibəyovun isə sol qulağının seyvanın kəsilmiş deşilmiş yarası və komatoz vəziyyəti diaqnozu qoyulub. Hər 5 yaralı da xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağırdır. Faktla bağlı araşdırma aparılır.