Şəkinin turistik xəritəsi hazırlanıb...

24 2020 18:19

Artıq 1 ildir ki, Şəkidə fəaliyyətə başlayan Destinasiya Menecmenti Təşkilatı bölgədəki turizm obyektlərinin və şəhərlərin xəritəsini hazırlayır. Şəkinin turistik xəritəsi hazırdır. Hazırda Zaqatalanın xəritəsi üzərində iş aparılır. Həmçinin təşkilatın tərkibində yeni yaradılan Turizm könüllülər təşkilatı ilə bölgədəki turizmin inkişafının daha geniş vüsat alması gözlənilir. Qeyd edə ki, Destinasiya Menecmenti Təşkilatları beynəlxalq təcrübəyə əsaslanaraq dövlət və özəl sektorun bir-biri ilə əlaqələndirilməsi, qarşılıqlı fəaliyyəti üçün yaradılıb. Şəki DMT Qax, Zaqatala, Balakən və Şəkidəki turizm-rekreasiya zonalarının idarə edilməsi və təşviqi üzrə ölkədə yaradılmış ilk pioner təşkilatdır. Regional turizmi koordinasiya bürosu kimi Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərir. Şəki DMT fəaliyyətini əsasən 3 istiqamətdə təşkil edir. Bunlar kadr resurslarının inkişafı, marketinq, kommunikasiya və təşviqat və turizm məhsullarının inkişafına dəstək sahələridir.