Əsrin bəlası “Narkomaniyaya yox deyək!"

24 2020 15:54

Qaxda “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib. Rayonun Güllük kənd məktəbində keçirilən tədbirə icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Qax rayon üzrə rəsmiləri, təhsil işçiləri və 100-ə yaxın şagird qatılıb. Çıxış edənlər insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barədə geniş məlumat veriblər. Şagirdlərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib. Tədbirdə həmçinin şağirdlərin sualları cavablandırılıb, onları narahat məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Şagirdlərin ifasında narkomaniya mövzusunda səhnəciklər nümayiş olunub. Sonda narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən film nümayiş etdirilib.