Narkobaron “Valiko Həsrət” saxlanıldı

21 2020 18:03
    Balakən rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib. Rayonun Mahmalar kənd sakini, 59 yaşlı Həsrət Yekəyev rayonun Katex kəndi ərazisində saxlanılıb. Onun üzərindən bir ədəd sellofan torbada təmiz çəkisi 37,129 qram narkotik vasitə hesab edilən heroin və bir qabda təmiz çəkisi 6,929 qram olan metamfetamin aşkar edilərək götürülüb.
    Rayonda və kriminal aləmdə “Valiko” Həsrət” ləqəbi ilə tanınan Həsrət Yekəyev əvvəllər CM-nin 234.2, 159 və 128-ci maddələri ilə ayrı-ayrılıqda üç dəfə məhkum olunub. Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.