“Ana dilimiz varlığımızdır”

21 2020 17:34

Şamaxı İncəsənət Təhsili Mərkəzində Şamaxı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz varlığımızdır” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, rayon rəhbərliyi, təhsil işçiləri və şagirdlər iştirak edib. Çıxış edənlər Beynəlxalq Ana dili Gününün tarixindən danışıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğunu bildirib. Azərbaycan dilinin bir çox dillərə nisbətən daha saf və zəngin olduğu qeyd edilib. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri xüsusi vurğulanıb. Daha sonra şagirdlər arasında qrammatika və şeir kateqoriyası üzrə müsabiqə keçirilib. 3000 nəfərə yaxın məktəblinin qatıldığı yarışın qalibləri mükafatlandırılıb. Sonda tədbir bədii hissə ilə davam etdirilib.