Ötən il Şəkidə iqtisadi və sosial sahələrin inkişafına 207 milyon manatdan çox investisiya yönəldilib

21 2020 17:22

2019-cu ildə Şəki rayonunda 477 milyon 823 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Rayonda iqtisadi və sosial sahələrin inkişafına 207,6 milyon manat investisiya yönəldilib. Əsas kapitala yönəldilən investisiyanın 186,6 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Müddət ərzində rayonda 3704 yeni, daimi iş yeri açılıb. Bu barədə Şəkidə 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə məlumat verilib. Həmçinin bildirilib ki, taxıl sahələrindən 235 min 198 ton məhsul tədarük edilib. Taxıl sahələrində orta məhsuldarlıq 34,6 sentner təşkil edib ki, bu, rayonun tarixində ən yüksək göstəricidir. Son dörd ildə Şəkidə yaş barama istehsalı 5 dəfəyə yaxın artıb, 3642 ton quru tütün istehsal edilib, 1068 hektar sahədə yeni fındıq bağı salınıb, kəndlərdə daha 13 ədəd subartezian quyusu qazılıb. Prezidentin Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan tütünçü Mehman Mustafayevə orden təqdim edilib. Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.