Zaqatala 2019-cu ilin hesabatını verdi

21 2020 10:54

Zaqatalada 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Əvvəlcə rayonun sosial-iqtisadi inkişafını özündə əks etdirən sərgiyə baxış keçirilib. Hesabat yığıncağında bildirilib ki, 2019-cu il ərzində Zaqatalada 351 milyon 312 min manat məhsul istehsal edilib və xidmət göstərilib. Əsas kapitala yönəldilən investisiyaların həcmi 25 milyon 575 min manat olub ki, bunun da 17 milyon 209 min manatını tikinti quraşdırma işləri təşkil edib. Rayonda tikinti quruculuq, kənd təsərrüfatı sahələrinin inkişafı, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin təminatı, əhalinin mavi yanacaq, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması, eləcə də digər sahələrdə əldə olunan uğurlar konkret faktlar və rəqəmlərlə təhlil edilib. Tədbirdə həmçinin Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı uğrunda gərgin fəliyyətinə və rayonun sosial-iqtisadi inkişafına həsr edilən filmlərə baxış keçirilib. Hesabat yığıncağı ötən ildə səmərəli fəaliyyəti ilə fərqlənən şəxslərə fəxri fərmanların və YAP sıralarına daxil olan gənclərə partiya biletlərinin təqdim edilməsi ilə yekunlaşıb. Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.