İsmayıllıda 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

21 2020 10:44

İsmayıllıda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.İştirakçılar rayonun sosial-iqtisadi inkişafını və turizm potensialını əks etdirən sərgiyə baxıblar. Ardınca keçirilən yığıncaqda rayonda əsas kapitala 92 milyon 160 min manat investisiya qoyulduğu, 273 milyon 242 min manat məbləğində ümumi məhsul istehsal olunduğu diqqətə çatdırılıb. Rayon iqtisadiyyatının əsasını aqrar sahənin təşkil etdiyi, 2019-cu ildə rayon üzrə ümumi məhsul istehsalının 36,4 faizinin bu sahənin payına düşdüyü, “İsmayıllı-1” və “İsmayıllı-2” su elektrik stansiyalarının il ərzində 8 milyon 903 min kilovat saat elektrik enerjisi istehsal edərək şəbəkəyə ötürdüyü, rayonun 108 yaşayış məntəqəsindən 48-nin qazlaşdırıldığı, internetin surət və keyfiyyətinin yaxşılaşdığı qeyd olunub. Ölkə Prezidentinin apardığı uğurlu islahatlar, həyata keçirilən tədbirlər xüsusi vurğulanıb. Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.