Zaqatalada yaşayış binasında yanğın

21 2020 10:37

Zaqatalada çoxmənzilli yaşayış binasında yanğın olub. Yanğın dünən saat 11:50 radələrində Zaqatala şəhəri, F. Əmirov küçəsində ikimərtəbəli çoxmənzilli yaşayış binasının zirzəmisində baş verib.Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın qısa müddət ərzində söndürülüb. Xəsarət alan olmayıb.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, bu, son həftə ərazində Zaqatalada yaşayış binasında baş verən ikinci yanğın hadisəsidir.