Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax və Qəbələdə yeni inzibati binaları açıldı

19 2020 17:11
SHXÇDX-nin Qax rayon bölməsinin inzibati binasının açılış mərasimində çıxış edən Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çevik siyasəti nəticəsində ölkəmizin hərbi-siyasi və iqtisadi qüdrətinin ildən-ilə gücləndiyi qeyd olunub. Daha sonra binanın açılışını bildirən lent kəsilib və iştirakçılar binada yaradılan şəraitlə tanış olublar. Xidmətin Qax rayon bölməsinin ümumi sahəsi 1296 kvadratmetr olan, 2 mərtəbəli binası rayon hərbi həkim komissiyası üçün iş kabinetləri də daxil olmaqla 26 otaq və 1 iclas zalından ibarətdir. Bina müasir standartlara və tələblərə uyğun inşa olunub, otaqlar şəxsi heyətin xidməti iş fəaliyyətinin yüksəldilməsi məqsədilə zəruri avadanlıqlarla tam təchiz edilib.
SHXÇDX-nin Qəbələ rayon şöbəsinin də açılış mərasimi olub. Yeni binanın istifadəyə verilməsinin dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin növbəti təzahürü olduğu vurğulanıb. Ardınca binanın açılışını bildirən lent kəsilib. Bildirilib ki, xidmətin Qəbələ rayon şöbəsi üçmərtəbəli, 37 otaq, rayon hərbi həkim komissiyası üçün iş kabinetləri və 2 iclas zalından ibarət olan inzibati binasının ümumi sahəsi 2391 kvadratmetrdir.