Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü qeyd olunub...

15 2020 14:07

İsmayillida Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü qeyd olunub. Rayon administrasiyasının və qurumun rəsmilərinin qatıldığı tədbirdə çıxış edənlər səfərbərlik xidmətinin yaranma tarixindən, son illər bu sahədə əldə olunan uğurlardan söz açıb. Qurumun yarandığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, Azərbaycan Respublikasına, Azərbaycan xalqına, hərbi anda sədaqət hissinin, öz vətəninin tarixinə və ənənələrinə dərin məhəbbətin, vətənin müdafiəsi naminə yüksək şəxsi məsuliyyətin formalaşdırılmasında göstərdiyi xidmətlərdən danışılıb. Qeyd edib ki, Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü iqtisadiyyata, sürətli inkişafa qadir ölkəmizdə müasir və qüdrətli milli ordu formalaşır. Sonda işində fərqlənən bir qrup əməkdaşa rayon icra hakimiyyətinin və SHXÇDX rayon şöbəsinin fəxri fərmanı və pul mükafatı verilib.