“Könüllülər ili”ndə Zaqatalalı gənclərdən təqdirəlayiq addım...

24 2020 17:38

2020-ci ilin “Könüllülər ili” elan edilməsi hər zaman öz fəallığı ilə seçilən Zaqatalalı gənclərə xüsusi stimul verib. Bir qrup gənc könüllü Zaqatala şəhəri Səlahəddin Kazımov küçəsində yaşayan 80 yaşlı Şahpəri Şabanovanı evində ziyarət edib. Ömür gün yoldaşının vəfatından sonra artıq 10 ildir ki, tənha yaşayan, xüsusi qayğıya ehtiyacı olan Şahpəri nənə gəncləri sevinclə qarşılayıb. Könüllülər Şahpəri nənəyə evində və həyətyanı işlərində yardım edib, onunla həmsöhbət olublar.