Qaxda məktəbli dəm qazının qurbanı oldu...

24 2020 15:53

 Qaxda 11-ci sinif şagirdi dəm qazından boğularaq ölüb. Qaxbaş kənd sakini, 17 yaşlı Rövşən Qurbanov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Rövşən Qurbanov yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.Meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizasına verilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, 17 yaşlı Rövşən Qax şəhər 2 saylı məktəb-liseyin 11-ci sinfinin şagirdi olub.