Qəbələdə yol qəzası yenə can aldı...

07 Dekabr 2019 14:13

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qəbələ-Ağdaş yolunun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Seat" markalı minik avtomobili "VAZ 21015" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində Ağdaş sakini, 38 yaşlı Xəqani Nəsirov aldığı xəsarətlərdən ölüb, Qəbələ rayon sakinləri – 29 yaşlı Bəyalı Abdürrəhmanov və 41 yaşlı Nurlana İbayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.