Qaxda 48 mənzilli yaşayış binası tikilir...

19 Noyabr 2019 12:37

İnşasına bu ilin fevralında başlanan 4 blokdan ibarət dördmərtəbəli binada hörgü işləri artıq yekunlaşıb, binanın dam örtüyü, qapı və pəncərələri quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb. Hazırda daxili mühəndis-kommunikasiya və bəzək işləri görülür. Binanın həyətində yardımçı tikililərin, o cümlədən hər biri 108 kubmetrlik iki ədəd yanğın əleyhinə və içməli su anbarının inşası da başa çatıb. Nasosxana binasının tikintisi isə davam etdirilir. Yaşayış binasının tikintisinin noyabrın sonunadək tam başa çatdırılması nəzərdə tutulur.