Şəkidə Cüdo üzrə yarış keçirilib...

18 Noyabr 2019 17:17

Yarışda paytaxt da daxil olmaqla 10-dan çox bölgə və 20-dən çox idman klubu iştirak edib. 3 fərqli yaş kateqoriyasında keçirilən yarışda ümumilikdə 400-dən çox idmançı öz gücünü sınayıb. Şəki Olimpiya idman kompleksində baş tutan yarışda idmançılar birincilik uğrunda mübarizə aparıblar. Beynəlxalq dərəcəli hakimlərin iştirakı ilə gərçəkləşən turnirə çox böyük maraq olub. Qalib gələn cüdoçular medal və diplomlarla mükafatlandırılıblar.