Şəkidə əlillərə məxsus binada yanğın olub...

15 Noyabr 2019 15:19

Yanğın nəticəsində Şəki şəhər Regional Əlillər mərkəzinin müvəqqəti yerləşdiyi 2 mərtəbəli ümumi sahəsi 210 kvadrat metr olan binada otaqlardan biri içindəki əşyalarla birgə yanaraq külə dönüb. Hadisə yerinə dərhal Şəki Yanğından Mühafizə hissəsinin briqadaları cəlb edilib. Alovun qarşısı digər otaqlara keçmədən alınıb. Şəki Yanğından Mühafizə hissəsindən bildirilib ki, yanğın nəticəsində 14 kvadrat metr sahə yanıb. Həmçinin zərərçəkənlərə yerindəcə təcili yardım briqadaları tərəfindən ilkin tibbi yardım göstərib. Yanğının çıxma səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.