Şəkidə də Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib...

09 Noyabr 2019 14:20

Heydər Əliyev mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə və qurumların rəsmiləri iştirak ediblər. İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri qoyub və xatirəsini yad ediblər. Azərbaycan himninin səslənməsi ilə tədbirə start verilib. Çıxış edənlər dövlət bayrağının tarixindən danışıblar. Bildirilib ki, Azərbaycan bayrağı həmişə yüksək zirvələrdə dalğalanıb. Dövlətçiliyimizin, müstəqilliyimizin simvolu olan milli bayrağımız bundan sonra əsrlərboyu başımız üstündə dalğalanacaq. Daha sonra tədbirin bədii hissəsi start götürüb. Vətənpərvər ruhda şeirlər deyilib, rəqslər, musiqilər ifa edilib.