Şəkidə əsaslı təmir edilmiş 23 saylı uşaq bağçası fəaliyyətini bərpa etdi...

05 Noyabr 2019 16:10

Şəkidə 23 saylı uşaq bağçası əsaslı təmirdən sonra yenidən qapılarını balacaların üzünə açıb. Bu münasibətlə açılış mərasimi təşkil edilib. Açılışda Şəki şəhər icra hakimiyyəti rəhbərliyi və Yaponiyanın ölkəmizdəki səfiri iştirak edib. Vurğulanıb ki, Yaponiyanın “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində təmir edilən bağça sayca Şəkidə həyata keçirilən 19-cu layihədir. Layihənin dəyəri isə 89 min 147 ABŞ dolları təşkil edib. Ardınca bağçanı gəzən qonaqlar, burada yaradılmış şəraitlə yaxından tanış olublar. Bağçada uşaqların rahatlığı üçün bütün şəraitin yaradılıdığı bildirilib.