Şamaxı sakini İsmayıllıda yol qəzasının qurbanı oldu...

04 Noyabr 2019 12:01

İsmayıllı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə İsmayıllı-Basqal yolunda qeydə alınıb. Şamaxı rayon sakini Rəhimov İfadə Şakir oğlu yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Ağır xəsarət alan İfadə Rəhimov hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və pataloji anatomiya birliyinin Şamaxı şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.