İsmayıllıda “BMW” çaya aşıb, sürücü ölüb, anası xəsarət alıb...

04 Noyabr 2019 11:48

İsmayıllıda minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə İsmayıllı-Qəbələ yolunun Xanagah kəndi ərazisindən keçən hissəsində, Ax-Ox çayı üzərindəki körpüdə qeydə alınıb. İsmayıllı şəhər sakini 26 yaşlı Əmralı Əmirzadə 90-SR-979 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq çay yatağına aşıb. Sürücü Əmralı Əmirzadə hadisə yerində ölüb, anası, 56 yaşlı Cəmilə Əmirova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.