Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib...

04 Noyabr 2019 11:28

Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb. Şamaxı rayon sakini, 30 yaşlı Kərimov Eldəniz Hidayət oğlu 10-NG-734 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb. Sürücü ağır bədən xəsarətləri aldığı üçün Təcili Tibbi Yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Eldəniz Kərimovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.