Maşın maneəyə çırpıldı, 4 gənc xəsarət aldı...

01 Noyabr 2019 15:27

Qaxda baş verən yol qəzasında dörd nəfər xəsarət alıb. Hadisə Qax-İlisu avtomobil yolunda baş verib. Qax şəhər sakini, 22 yaşlı Mustafa Mirzəyev QAZ 3110 markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı maneəyə vurub. Qəzadan sonra sürücü Mustafa Mirzəyev, avtomobildə olan sərnişinlər - Qax şəhər sakinləri, 18 yaşlı Ülfət Əhmədzadə, 22 yaşlı Elvin Dəmirçiyev və 20 yaşlı Sənan Abidli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan Ülfət Əhmədzadə və Mustafa Mirzəyevin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır. Sənan Abidlinin və Elvin Dəmirçiyevin xəsarəti yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıblar. Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.