MSK Şəkidə seminar keçirib...

31 Oktyabr 2019 17:32

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə növbəti regional seminar Şəkidə keçirilib. Seminarda MSK üzvləri, şimal-qərb bölgəsində fəaliyyət göstərən 17 seçki dairəsinin təmsilçiləri iştirak edib. Seminarların keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin seçki prosedurları ilə bağlı məlumatlarının artırılması və praktiki vərdişlərinin gücləndirilməsindən ibarətdir. Seminar iştirakçılarına seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərin verilməsi, vətəndaşlar tərəfindən təqdim edilən şikayətlərin forması və məzmunu və digər məsələlər barədə ətraflı izahat verilib. Tədbirin praktiki hissəsində kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilib, seçki komissiyaları tərəfindən həmin şikayətlərə dair müvafiq qərarların qəbul edilməsi məsələlərinə baxılıb. Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.