Tələbələrə yol hərəkəti qaydaları izah edildi...

31 Oktyabr 2019 17:17

Şəki Regional Pedaqoji kollecində Yol hərəkətinin təhlükəsizliyinin təbliğinə dair tələbələrlə görüş keçirilib. Şəki DYPB-nin təbliğat və təşviqat üzrə əməkdaşı tələbələrə bu mövzuda müzakirələr aparıb. Bildirilib ki, görüşün keçirilməsində məqsəd uşaq və yeniyetmələrlə baş verən yol nəqliyyat hadisələrinin qarşısını almaqdır. Son dövrlərdə aparılan maarifləndirmə nəticəsində Şəkidə bu cür hadisələr xeyli azalıb. Tələbələrə qulaqlıqla yol keçməyin, telefonla danışaraq və ya ya mesajlaşaraq avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə hərəkət etməyin çox böyük təhlükələrə səbəb olduğu vurğulanıb. Həmçinin tələbələrin yol hərəkət qaydalarını hansı səviyyədə bildiklərini öyrənmək üçün sual-cavab aparılıb.