Qaxda voleybol yarışlarının finalı keçirilib...

31 Oktyabr 2019 16:59

Respublikda yeniyetmələrinin 12-ci idman oyunları praqramına uyğun olaraq Qaxda qızlardan ibarət voleybol yarışlarının final mərhələsi keçirilib. Sentyabr ayının əvvəllərindən başlayan yarışlar daha əvvəl Şirvan və Ağdaş rayonlarında olub. Hər zonadan 4 ən güclü komanda finala vəsiqə qazanıb. Final mərhələsində Tovuz¸ Xətai, Sərhədçi, Qax, Sumqayıt, Ağdaş, Kürdəmir və Mingəçevir komandaları mübarizə aparır. Yarışları keçirməkdə məqsəd isə yeniyetmələrin asudə vaxtının səmərəli keçməsi və perspektivli oyunçuların seçilməsidir.