Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin fəaliyyətindən bir il ötür...

29 Oktyabr 2019 16:30

Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin fəaliyyətə başlamasından bir il ötür. Bu münasibətlə Şəki şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Mərkəzdə tədbir təşkil edilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı və “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin kuratoru çıxış edib, bir il ərzində görüləb işlər diqqətə çatdırılıb. Vurğulanıb ki, hazırda mərkəzdə 12 sənətkar çalışır, könüllülük proqramları həyata keçirilir. Mərkəzin məqsədlərindən biri də burada irimiqyaslı yaradıcılıq sahəsi üzrə beynəlxalq tədbirlərin keçirilməsidir.Mir Teymur Məmmədov “ABAD” və Şəki şəhər İcra Hakimiyyətinin adından Təşəkkürnamə ilə təltif edilib.