Şəkidə Milli Oftalmologiya Mərkəzinin filialı açılıb...

25 Oktyabr 2019 16:52

Milli Oftalmologiya Mərkəzinin Şəki filialı regionlarda yaradılan sayca üçüncü tibb müəssisəsidir. Filial üçün şəhərin mərkəzi hissəsində yerləşən qədim tarixi tikili seçilib. Binada əsaslı yenidənqurma və təmir işləri aparılıb. Səhiyyə ocağı ən müasir tibbi avadanlıqla təchiz edilib. Tədbir iştirakçıları Oftalmologiya Mərkəzinin Şəki filialında yaradılan şəraitlə tanış olub, cərrahiyyə blokluna, laboratoriyalara və optika aptekinə baxış keçiriblər. Sonra Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə “Respublikanın regionlarında oftalmologiyanın inkişafı, problemləri, nailiyyətləri” mövzusunda 7-ci regional konfransı keçirilib. Konfransın məqsədi isə oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflərlə çıxış etmək, bu sahədə baş verən ən son nailiyyətlərdə region həkimlərinin iştirakını təmin etmək və onların da həmin yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti, o cümlədən Türkiyə və Rusiyadan gəlmiş oftomoloqların məruzələri dinlənilib. Qeyd edək ki, sabah oftalmoloqların “Müasir oftalmologiyanin son nailiyyətləri” mövzusunda 13-cü elmi-praktik konfransı keçiriləcək.