Səyyar “ASAN xidmət”ə 2 milyonuncu vətəndaş müraciəti qeydə alınıb...

22 Oktyabr 2019 18:00

Bu müraciət Zaqatalada Səyyar "ASAN xidmət"ə Afər Davudov tərəfindən edilib. O, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb. İki milyonuncu müraciətin sahibi təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb. Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.