“Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” keçiriləcək...

21 Oktyabr 2019 15:23

“Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” layihəsi çərçivəsində regionda ilk gənclərlə görüş Qəbələ Mədəniyyət Mərkəzində Qəbələdən olan yaradıcı gənclərlə keçirilib. Bildirilib ki, layihə Nəsimi yaradıcılığına yeni baxış ortaya qoymaq, görkəmli şəxsiyyətin irsini gənclərə çatdırmaq, milli mədəni-mənəvi dəyərləri təblığ etmək məqsədini daşıyır. Sonra gənclər Nəsimi yaradıcılığı haqqında öz biliklərini bölüşüb, festivala qatılacaqlarını vurğulayıblar. Qeyd edək ki, müsabiqədə dahi şair Nəsimiyə aid ən yaxşı rəsm portreti, şairin şerinin ən yaxşı ifa edilməsi, şair haqqında ən yaxşı reportaj nominasiyaları üzrə seçiləcək gənclər Göyçay şəhərində təşkil olunacaq festivala dəvət ediləcək.