Qaxda qəza baş verib, xəsarət alan var...

19 Oktyabr 2019 15:18

Qaxda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında şəhərin Saleh Qocayev və Xurşudbanu Natəvan küçələrinin kəsişməsində qeydə alınıb. Bələ ki, Qum kəndinin sakini İntiqam Mirzəyevin idarə etdiyi minik avtomobil rayon sakini Cuma Məmmədovun sükanı arxasında olduğu yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü İntiqam Mirzəyev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.