Qəbələdə ilanlar evi basdı...

18 Oktyabr 2019 11:38
Qəbələnin Həmzəlli kəndində bir ailənin yaşadığı evdə ilanlar da məskən salıb. Azyaşlı uşaqlar olan evdə sürünənlərin təhlükə saçması gedəcək başqa yeri olmayan ailəni çətin vəziyyətə salıb.
Ev sakinləri bildirirlər ki, ilanlar evin tavanında, divar və döşədə məskunlaşıb. İlanların uzunluğunun 1,5 metrdən çox olduğu deyilir. Əsasən gecə saatlarında üzə çıxan sürünənlər ailəni təşvişə salıb. İsti havalarda bayırda gecələməli olan ailə artıq soyuqda xəstələnməmək üçün məcburən evdə gecələməli olur. Təbii ki, əgər qorxudan gözlərinə yuxu gedirsə... Ailə məsələ ilə bağlı aidiyyatıqurumlara da müraciət edib, əraziyə baxış keçirilib. İlan əleyhinə dərman verilərək evin dərmanlanması söylənsə də bu üsul da çarə etməyib. Ev sahibi evin tavanını və döşəməsini söküb çıxarmalı olub, amma yenə sürünənləri tuta bilməyib. Təşviş içində yaşayan ailə onlara uzadılacaq yardım əlini gözləyir.