1 tondan artıq xurma və qarğıdalı yandı...

17 Oktyabr 2019 18:08

Balakəndə yanğın olub. Rayonunun Qazma kəndində qeydə alınan yanğın zamanı həyətdə ümumi sahəsi 180 m² olan yardımçı tikilinin 60 m² sahədə yanar konstruksiyaları və anbar kimi istifadə olunan tikili yanıb. Ev sahibəsinin sözlərinə görə anbarda 1,5 tondan çox qarğıdalı, taxta yeşiklərə yığılmış 1 tondan çox xurma və qış üçün tədarük olunmuş qoz-fındıq yanıb. Yanğın Balakən rayon yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.