Şəkidə yük avtomobili piyadanı vurdu...

16 Oktyabr 2019 17:50

Şəkinin Qoxmuq kənd ərazisində yük maşını piyadanı vurub. İntizar Şəmiyev idarə etdiyi Mercedes markalı yük maşını ilə Qax istiqamətində hərəkət edərkən Qoxmuq kənd sakini 54 yaşlı Hüseyn Qeysəddinovu vurub. Nəticədə Hüseyn Qeysəddinov müxtəlif dərəcəli bədən xəsarətləri olub. Onu dərhal Şəki RMX-na çatdırıblar. Hazırda Hüseyn Qeysəddinovun müayinə və müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.