DSK-larda treninqlərə start verildi...

15 Oktyabr 2019 16:54

Şəkidə bələdiyyə seçkilərinə hazırlıq məqsədilə 113 və 115 nömrəli Dairə seçki komissiyalarında treninqlərə start verilib. Treninqdə dairə seçki komissiyası sədrləri ilə yanaşı, seçki məntəqələrinin sədrləri də iştirak edib. 113 saylı dairədəki tədbirdə MSK-nın nümayəndələri də qatılıb. Seçkilərlə bağlı məntəqə sədrləri məlumatlandırılıb, qaydalar izah olunub. Həmçinin məntəqə sədrlərinə yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri barədə məlumat verilib. Bildirilib ki, 113 saylı dairədə 29 seçki məntəqəsi və 174 işçi fəaliyyət göstərir. 115 saylı dairədə də məntəqə sədrləri ətraflı şəkildə məlumatlandırılıblar. Onları narahat edən məsələlər müzakirə edilib. Məntəqə sədrlərinin seçki prosesi ilə bağlı suallarına cavab verilib. Tədbirlər 2 gün daha davam edəcək.