Şəkidə “Yol hərəkəti qaydaları” mövzusunda şeir müsabiqəsi keçirilib...

15 Oktyabr 2019 16:40

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi “Diqqət, uşaqlar!” hərəkətin təhlükəsizliyi aylığının yekunları ilə əlaqədar məktəblilər arasında “Yol hərəkəti qaydaları” mövzusunda şeir müsabiqəsi keçirib. Müsabiqənin keçirilməsində məqsəd məktəblilər arasında yol hərəkəti qaydalarının öyrənilməsinə marağın artırılması, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarətdir. Məktəblilər yol hərəkəti qaydalarına aid müxtəlif şeirlər səsləndirərək münsiflər tərəfindən qiymətləndiriliblər. Sonda qaliblərə və həvəsləndirici yerlərə layiq görülənlərə “Fəxri Fərman”lar və hədiyyələr təqdim olunub. Mükafatlandırılma mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin nümayəndələri, valideynlər və DYPB-nin əməkdaşları iştirak ediblər.