Zaqatalada canavarlar 40-a yaxın qoyunu parçaladı...

14 Oktyabr 2019 12:00

Zaqatala sakinlərinin təsərrüfatına hücum edən canavarlar onlara xeyli ziyan vurub. Kənd sakinləri Abducəlil Abdurahmanov, Yusif İsayev və Sahib Qurbanovun birgə təsərrüfatına hücum edən yırtıcılar ümumilikdə 160 baş xırdabuynuzlu heyvandan 40-nı parçalayıb. Təsərrüfat sahiblərinin dediyinə görə, canavarlar onların qısa müddətə fermanı nəzarətsiz qoymasını fürsət biliblər. 13 baş heyvanı yerindəcə öldürən canavarlar digərlərini yaralayıb. Hadisə ilə bağlı baytar nəzarət xidmətinin əməkdaşlarına məlumat verilib. Xidmətin əməkdaşlarının nəzarəti altında ölmüş heyvanlar basdırılıb və yaralanmış heyvanlara lazımi dərman verilib. Təsərrüfat sahiblərinin dediyinə görə, canavar hücumu nəticəsində onlara 5000-ə yaxın ziyan dəyib.