İsmayıllıda mikroavtobus aşdı, yaralılar var...

14 Oktyabr 2019 11:23

İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mersedes Vito" markalı sərnişindaşıyan mikroavtobus yoldan çıxaraq elektrik dirəyinə çırpılaraq aşıb, nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.