Şəkidə kredit yarmarkası təşkil edilib...

11 Oktyabr 2019 11:40

Şamaxının ardınca növbəti kredit yarmarkası Şəkidə təşkil edilib. Aqrar Kredit və İnkişaf Agentliyinin keçirdiyi yarmarkada fermerlərə güzəştli şərtlərlə aqrar kreditlər təklif olunub. Kənd təsərrüfatı nazirliyi bir ildən çoxdur ki, öz aqrar kreditlərini əvvəlcədən müəyyən edilmiş müvəkkil banklar vasitəsi ilə həyata keçirir. Fermerlər bu banklara müraciət edir və aqrar kredit əldə edirlər. Kreditlərin faizləri kifayət qədər aşağıdır. Bu da fermerlər üçün böyük imkanlar yaradır. Kredit yarmarkalarının keçirilməsində əsas məqsəd arqar kredit verən banklarla fermerləri bir araya gətirmək və bu sahədə olan problemləri müzakirə edərək həll yollarını tapmaqdır. Çünki bir çox hallarda banklar verdiyi vəsaiti sığortalamaq üçün fermerlərdən girov tələb edir. Bu isə fermerlər tərəfindən narazılıqlara səbəb olur. Tədbirdə alınan aqrar kreditlərin təyinatı üzrə xərclənməsi yönündə də fermerlər maarifləndirilib.